İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron xidmətlərin təşkilinin daha effektiv qurulması ilə bağlı Təkliflər Hökumətə təqdim edilib

10.11.2011 [11:01]

Fontu böyüt:      

Multimedia Mərkəzi Elektron xidmətlərin təşkilinin daha effektiv qurulması ilə bağlı hazırladığı Təklifləri Hökumətə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edib
Multimedia Mərkəzi Elektron xidmətlərin təşkilinin daha effektiv qurulması ilə bağlı hazırladığı Təklifləri Hökumətə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edib.

Təkliflər Elektron xidmətlərin göstərilməsinin təşkili ilə bağlı ölkə Prezidentinin 23 may 2011-ci il tarixli Sərəncamında nəzərdə tutulanların həyata keçirilməsinə köməklik məqsədini daşıyır.
Təkliflərin hazırlanması məqsədilə ölkədə Elektron hökumət quruculuğu istiqamətində mövcud vəziyyət dərindən araşdırılıb və dünya təcrübəsi öyrənilib.

Təkliflərdə mərkəzi icra orqanları tərəfindən elektron formaya keçirilməsi üçün nəzərdə tutulan  xidmətlərin müəyyən edilməsi prinsiplərinin hazırlanması, bütün dövlət və bələdiyyə xidmətlərinin inventarizasiyasının  aparılması, hər bir  dövlət qurumunda  elektron xidmətlərlə bağlı  məsul şəxslər və strukturların yaradılması, bu istiqamətdə xərclərlə bağlı konkret büdcə bəndinin müəyyən edilməsinin vacibliyi öz əksini tapıb. Eyni zamanda bələdiyyə xidmətlərinin elektron formaya keçirilməsi, Bakı şəhər İH-nin və onun nəzarətində olan qurumların  təqdim etdiyi xidmətlərin də elektron formaya keçirilməsi istiqamətində ayrıca  dövlət Proqramının qəbul edilməsin zəruriliyi qeyd edilib.
Təkliflərdə Elektron hökumət quruculuğu işlərinin Koordinasiya  edilməsi məqsədilə Prezident yanında müvafiq bir qurumun yaradılması irəli sürülüb.

Baş nazir  Artur Rasizadəyə və Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova ünvanlanan Təkliflərdə  Elektron hökumətlə bağlı Konseptual bir sənədin, vahid Portalın konsepsiyasının,  Elektron xidmətlərin təşkili haqqında Qanunun qəbul edilməsinin vacibli bildirilib.

Multimedia Mərkəzinin hazırladığı Təkliflərdə həmçinin elektron hökumət quruculuğu istiqamətində həyata keçirilən dövlət Proqramları və layihələrində şəffaflığın və informasiya açıqlığının gücləndirilməsinə, maraqlı tərəflərin elektron hökumət quruculuğu prosesində iştirakının artırılmasına  diqqət  yetirilməsinin vacibliyi qeyd edilib.

Təkliflərin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar