İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

BLOQOSFER 2010-un nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirildi

28.09.2010 [21:39]

Fontu böyüt:      

Bu gün (28 sentyabr ) Azərbaycan Media Mərkəzində bloggerlərin və yeni media mütəxəssislərinin I Forumu -Bloqosfer 2010-nun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib

Bu gün (28 sentyabr ) Azərbaycan Media Mərkəzində bloggerlərin və yeni media mütəxəssislərinin I Forumu -Bloqosfer 2010-nun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransa Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu, USAİD, ABŞ Səfirliyi, Unibank, Counterpart və Nexus dəstək veriblər.

\\\\\\Bloqosfer 2010\\\\\\ layihəsinin koordinatoru Azər Nəzərovun sözlərinə görə, müzakirələrin gedişində iştirakçılar qeyd ediblər ki, Azərbaycanda reklam verənlər bloqlara xüsusi diqqət yetirmirlər, regionlarda bloqların səviyyəsi aşağıdır, bloqlarda və yeni media vasitələrində Azərbaycan dilinin qaydalarına lazımi diqqət verilmir, multimedia imkanlarından tam və həmişə düzgün istifadə olunmur, bloqların davamlılığı problemi var.

Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz də bu məsələlərə toxunub. Onun dediyinə görə, bloqçulara güzəştlər edilməli, onların internetdən istifadəsi asanlaşmalıdır.

Bu problemlərin həlli üçün konfransda 20 təklif qəbul edilib. Qərara alınıb ki, reklam agentliklərinə və reklam verənlərə keyfiyyətli bloqların imkanlarını nəzərə almaları ilə bağlı müraciət edilsin, rayon kitabxanaları İnternetə qoşulsun, icra hakimiyyəti başçılarına və digər strukturlara ictimai İnternet-resurs mərkəzləri yaratmaq məqsədilə müraciət olunsun, mobil operatorlardan 3G xidmətinə görə tarifləri endirmək  və onu bütün regionlara tətbiq etmək xahiş edilsin, regionlarda keyfiyyətli ADSL xidmətləri təklif edilməsi üçün İnternet provayderlərə müraciətlər göndərilsin, “Elektron hökumət” layihəsi çərçivəsində işlər tezləşdirilsin.

Sonda UniBank kartlarının qaliblərinin adları açıqlanıb.

Bloqosfer haqqında ən maraqlı yazı:

Anar Əliyev – Bloqosfer 2010,

Rüfət Əhmədzadə – Duzosfer,

Hacı Hacıyev (Əhməd Muxtar) – Bloqosferin məzəli kard arxası yazıları qalib adını qazanıb.

Nə üçün Unibank bloqçulara dəstək olmalıdır?

Tural Babayev – Unibank: “Nə üçün bloqçular?”

Xatırladaq ki, Bloqosfer-2010 forumu cari ilin 10-12 sentyabr tarixlərində Xudat rayonunun Nabran kəndində keçirilib.

Forumun məqsədi bu sahədəki fəaliyyətin mübadiləsi idi. Təşkilatçılar İnformasiya Texnologiyaları, İnternet və Media İctimai Birliyi, “BarKamp Azərbaycan” və Azərbaycan İnternet Forumu olub.

 

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar