Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsi fəaliyyətini məhdud məsuliyyətli cəmiyyət (MMC) kimi göstərəcək.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Azərpoçt”-un Maliyyə Xidmətləri göstərməyə başlaması ilə əlaqədar olaraq onun təşkilati hüquqi formasında dəyişiklik edilməsi zərurəti yaranıb.
Bu məqsədlə qurumun yeni Nizamnaməsi hazırlanıb və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edildikdən sonra 15 avqust 2009-cu il tarixdə dövlət qeydiyyatına alınıb. Yeni Nizamnaməyə əsasən “Azərpoçt” Dövlət Müəssisəsinin bazasında “Azərpoçt” MMC yaradılıb.