Elektron xidmətlər reyestrinin operatoru funksiyalarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirəcək.
Elektron xidmətlər reyestrinin operatoru funksiyalarını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirəcək. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
Bununla əlaqədar olaraq müvafiq qaydalara və onlara əlavə olunan elektron xidmətlərin siyahısında dəyişikliklər edilib. Yeniliklərə əsasən, xidmətə registrator və reyestr funksiyaları daxil edilib. Vətəndaşlara xidmət siyahısına vətəndaşın doğum tarixi, nigah və ölümü, boşanmalar, övladlığa götürmə və inisialların dəyişilməsi daxildir.
Xidmətlərə bundan başqa, notarial fəaliyyət, şəxsiyyət vəsiqələrinin verilməsi və onların əvəzedilməsi, sürücülük vəsiqələrinin mübadiləsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı daxildir. Agentlik həmçinin, kommersiya hüquqi şəxsləri və vergi ödəyicilərini qeydiyyata alır, hüquqi və fikizi şəxslərə arxiv arayışlar verir, pensiyalar təyin edir.