Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin əməkdaşları tərəfindən, qrafikə uyğun olaraq respublika ərazisində radio monitorinq işləri aparılıb.
Mütəxəssislər Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində radiomonitorinqlər keçiriblər. Bu zaman TV və FM kanallarının yayım keyfiyyəti yoxlanılıb, TV stansiyalarda istismar olunan vericilərə texniki baxış keçirilib.
Mənbə: mincom.gov.az