Beşinci “Elektron Təhsil” Respublika Müsabiqəsi artıq yekunlaşmaq üzrədir.
Xeberler.az-ın məlumatına görə, müsabiqəyə təqdim olunan işlərin ekspert komissiyasının üzvlərinin yekun qiymətləndirməsi gələn həftə nəzərdə tutulub.
Müsabiqənin I mərhələsinə 1105 layihə təqdim olunub. Bunlardan 126-sı müsabiqənin şərtlərinə uyğun olmadığından qəbul edilməyib. II mərhələyə buraxılmış 979 layihə qiymətləndirilmək üçün müvafiq ekspert komissiyasına təqdim olunub. Qiymətləndirməyə əsasən, 978 layihədən 302 layihə nominant adını qazanaraq, növbəti III mərhələyə keçirilib.Hazırda müsabiqənin yekun qiymətləndirilmə mərasiminə hazırlıq işləri görülür.
Dekarın sonunda müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçiriləcək. Qaliblərə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaq.
Müsabiqəni “Dr. Web”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”, “AZEDUNET”, “Ultra”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri dəstəkləyir.
Mirvari Nəcəf