İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

29.05.2012 [16:52]

Fontu böyüt:      

Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını (İKT) görürəm. Bu sözləri 28 May - Respublika Gününə həsr olunmuş tədbirdə prezident İlham Əliyev söyləyib.
“Mən növbəti illərdə prioritetlər arasında, ilk növbədə informasiya-kommunikasiya texnologiyalarını (İKT) görürəm”. Bu sözləri 28 May - Respublika Gününə həsr olunmuş tədbirdə prezident İlham Əliyev söyləyib.
Dövlət başçısı ümumiyyətlə dünyanın inkişafının bu istiqamətdə getdiyini vurğulayıb:“Gələcəkdə bilik, savad ölkələrin dünyadakı yerini daha da böyük dərəcədə müəyyən edəcəkdir. Ona görə bu sahəyə xüsusi diqqət göstərilməlidir. Elm və təhsil sahəsinə xüsusi diqqət göstərilməlidir, bu sahə ön plana çıxmalıdır. Son illər elmin inkişafı və gənclərin təhsili ilə bağlı qəbul edilmiş proqramlar bu məqsədi güdür. Biz istəyirik ki, gənclərimiz bilikli, savadlı olsunlar. Azərbaycanda elm inkişaf etsin. Elm bilik, istedad, inkişaf deməkdir. Biz indi başqa ölkələrdə yaradılan elmi dəyərlərdən istifadə edirik. Bu da təbiidir. Çünki biz dünya birliyinin bir hissəsiyik. Ancaq mən hesab edirəm ki, Azərbaycanda hazırda kifayət qədər güclü elmi potensial vardır. Növbəti illərdə bu potensial daha da güclənəcəkdir, xüsusilə gənclərin hesabına”.  
“Yəni, Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır ki, bu elita Azərbaycanı 20 il, 30 il, 50 il bundan sonra uğurla idarə etsin. Ona görə informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil sahələri növbəti illər üçün prioritet olmalıdır”, - dövlət başçısı əlavə edib.
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar