Fontu böyüt:
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, Sloveniya Respublikasının Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Sloveniya biznes-forumu çərçivəsində informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə “Dəyirmi masa” təşkil olunub.
Tədbirdə iki ölkənin dövlət qurumlarının nümayəndələri, Azərbaycanın “Delta Telecom", Ultra, “Azercell”, “Catel” və s. şirkətlərinin, Sloveniyanın İskratel, İnfotehna, Hermes, Letehnika,Softnet, Globtel şirkətlərinin nümayəndələri də iştirak ediblər.
İştirakçılar iki ölkə arasında əməkdaşlığın inkişafını qeyd ediblər, xüsusən də bu istiqamətdəAzərbaycan və Sloveniya arasında İKT sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişin əhəmiyyəti xüsusi vurğulanıb.
Dəyirmi maza zamanı Azərbaycanda İKT sektorda aparılmış islahatlar, transmilli layihələr barədə ətraflı məlumat verilib, kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması istiqamətində görülən işlər, eləcə də “Transmilli Avrasiya Super İnformasiya Magistralı” layihəsi barədə danışılıb.
Tədbirdə şirkətlərin təqdimatları keçirilib, İKT sahəsində tətbiq edilən qabaqcıl texnologiyalar və yeniliklər barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.