Fontu böyüt:
Bizarre Creations imzalı Blur 2010-cu ildə PC ve PlayStation 3 üçün istifadəyə verilib. Bazara çıxmasıyla milyonlarla insanın bəyəndiyi oyun avtomobil yarışı oyunları arasında özünə yer tuta bildi.
Teknokulis.com-un verdiyi xəbərə görə, Bolt, Eclair, Shield və Mine kimi silahları ilə döyüşü və yarışı özündə birləşdirən Blur, "Blur Overdrive" adıyla mobil platformaya keçib. Marmalade Play imzalı "Blur Overdrive" yalnız Android istifadəçiləri üçün təqdim edilib.
İOS istifadəçiləri isə xidmətdən noyabrın 1-dən pulsuz olaraq istifadə edə biləcək. Oyunda 8 ədəd fərqli güc və 25 fərqli vasitə var. Uzun zaman sonra mobil platformaya qayıdan əfsanə oyunun yayımlanan rəsmi təqdimat videosunu aşağıda izləyə bilərsiniz.
http://www.youtube.com/watch?v=-Hf9cbffDlE