Fontu böyüt:
Avropa İttifaqı (Aİ) və Çin arasında Çin hökumətindən subsidiyaların alınmasında şübhəli bilinən yerli telekommunikasiya şirkətləri ilə bağlı təhqiqatların aparılmasının dayandırılması barədə razılıq əldə olunub. Bu barədə Avropa Komissiyasının saytında deyilir.
Ticarət üzrə Avropa komissarı Karel de Quxt və Çinin ticarət naziri Qao Xuçenin
iştirakı ilə keçirilən danışıqlar zamanı ötən ilin yazında başlanan araşdırmanı
dayandırmaq və Avropa və Çinin telekommunikasiya bazarının monitorinqini müstəqil
orqana həvalə etmək barədə qərar qəbul edilib.
Həmçinin tərəflər Avropa şirkətlərini Çində telekommunikasiya sahəsi üçün
standartları müəyyən edən təşkilatlara bərabərhüquqlu çıxış imkanı ilə təmin
etmək və dövlətin elmi tədqiqat layihələrinin maliyyələşdirilməsi üçün iddialı
şirkətlərə eyni şərait yaratmaq barədə razılığa gəliblər.
Bundan əvvəl Avropa komissarı bildirib ki, onda Pekinin Çinin nəhəng
telekommunikasiya şəbəkə avadanlıq istehsalçıları “Huawei Technologies” və “ZTE
Corp” üçün qeyri-qanuni subsidiyalar ayırması ilə bağlı sübutlar var. Avropa
Komissiyasının qiymətləndirməsinə görə, bu növ avadanlıqların Çindən Avropaya
illik tədarük həcmi 1 milyard avro təşkil edir, - “Interfax” yazır.