Fontu böyüt:
Tanınmış Fortune jurnalı Google şirkətinin baş direktoru Larri Peyci ilin iş adamı elan edib. Məlumat jurnalın rəsmi internet səhifəsində yer alıb.
Xeberler.az
saytı bildirir ki, sıralamada ikinci yeri Apple şirkətinin başçısı Tim Kuk
tutub. Dünya biznesinin digər liderlərini geridə qoyan Gilead Sciences farmakoloji
şirkətinin rəhbəri Con Martin 3-cü yerdə layiq bilinib. Ona məxsus şirkət
hepatit C ilə mübarizədə hər il dünyasını deyişən 350 min nəfəri xilas edə biləcək
dərman preparatını təqdim edib.
Fortune
jurnalının ehtimallarına əsasən, ilin iş adamlarının ilk 50-də texnologiya sahəsinin
nümayəndələri az deyil. Bir müddət öncə dünya bazarına uğurla daxil olan Çinin Alibaba
internet şirkətinin təsisçisi Cek Ma 10-cu, Facebook sosial şəbəkəsinin rəhbəri
Mark Suxerberq isə 13-cü, İntuit şirkətinin rəhbəri Bred Smit isə 16-cı, Amazon
şirkətinin baş direktoru Cef Bezos isə 25-ci yerdə qərarlaşıb.
Siyahıya
həmçinin Neftlix şirkətinin rəhbəri Rid Xastinq (37 sıra), Microsoft şirkətinin
baş direktoru Satya Nadella (38), Airbnb şirkətinin başçısı Brayn Çeski (44),
Uber şirkətinin baş direktoru Trevis Kalanik (48) düşüblər.