Fontu böyüt:
Dünən Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsinin (VCMK) İci Qrupunun növbəti yığıncağı keçirilib.
Qaynar.info-nun verdiyi xəbərə görə, yığıncaqda İşçi Qrupunun son bir həftə ərzində gördüyü işlərə qiymət verilib.
Qərara alınıb ki, etiraz tədbirlərinin sırası bir qədər də genişləndirilsin. İşçi Qrupunun ümumi rəyi ilə Bakı Şəhər İcra Hakimiyyətinə və İctimai Televiziyaya qarşı məhkəmə iddiasının qaldırılması qərarlaşdırılıb.
Bundan başqa, növbəti etiraz aksiyasının keçirilməsi, VCMK-nin web saytının yaradılması da qərarlaşdırılıb.