Fontu böyüt:
Aztelekomun Apa-ya verdiyi məlumata görə, noyabrın 1-dən İnternet-ə qoşulma qiyməti 20 manatdan 10 manata enir, limitsiz kanalın sürətə görə qiyməti isə 30% düşəcək.
Aylıq 64/64 kbit/s sürətə görə qiymət - 35 manatdan 28 manata, 128/64 kbit/s 60-manatdan 45 manata, 256/128 kbit/s 100-dən 70-ə, 256/256 kbit/s 115-dən 90-a, 512/256 kbit/s 250-dən 170-ə, 512/512 kbit/s 300-dən 220-ə, 1024/512 kbit/s 450-dən 320-ə, 1024/1024 kbit/s 720-dən 500 manata düşüb.
Mənbə: Day.az