21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Bu gün Bakıda keçirilmiş “Milli Grid Seqmenti”nin və “Black Sea İnterconnection” (BSI) layihəsinin açılış mərasiminin sonunda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Niyyət Protokolunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və AMEA-nın prezidenti Mahmud Kərimov imzalayıblar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi veb resursunun yaydığı məlumata əsasən, imzalanmış Niyyət Protokoluna əsasən RİTN və AMEA informasiya kommunikasiya texnologiyaları (İKT) sektorunun davamlı inkişafında innovativ fəaliyyətin genişləndirilməsi, fundamental elmi nailiyyətlərin istifadə edilməsi, mütərəqqi elmi-praktiki nəticələrin İKT məhsul və xidmətlərinin yaradılması və istehsalında tətbiqi, bəşəri problemlərin həllində ölkəmizin alimlərinin iştirakının təmin olunması üçün müvafiq mühitin, o cümlədən milli Grid infrastrukturunun yaradılması, ölkədə informasiya cəmiyyətinin formalaşdırılması, sahə üzrə dövlət proqramlarına elmi dəstəyin verilməsi istiqamətlərində əməkdaşlıq edilməsi nəzərdə tutulur.
Niyyət protokolundan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün RİTN və AMEA-nın nümayəndələrindən ibarət işçi qrupun yaradılması planlaşdırılır.
Tərəflər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən respublikada informasiya-kommunikasiya texnologiyalarının və elmin inkişafına daim xüsusi diqqət yetirildiyini, İKT-nin tətbiqinin prioritet elan edildiyini, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nı, bu Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının qəbul olunduğunu xüsusi qeyd edərək, imzalanmış Niyyət Protokolunu hər iki sahə üçün mühüm əhəmiyyət kəsb etdiyini və qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində atılmış vacib addım kimi dəyərləndirdilər.