İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternet və məhəbbət

03.08.2010 [15:13]

Fontu böyüt:      

Bütün dünyada olduğu kimi, azərbaycanda da internetlə tanışlıq halları və buna göstərilən maraq böyükdür. Xüsusən də, social şəbəkələrin yaranması ilə, gənclərimizin internetdə daha çox vaxt keçirməsi və daha çox ünisyyət qurması müşahidə olunur.

Bütün dünyada olduğu kimi, azərbaycanda da internetlə tanışlıq halları və buna göstərilən maraq böyükdür. Xüsusən də, social şəbəkələrin yaranması ilə, gənclərimizin internetdə daha çox vaxt keçirməsi və daha çox ünisyyət qurması müşahidə olunur. Lakin, elə internetdə olan gənclərin özləri də, internetdə tanışlıq və evlənmək məsələlərinə birmənalı yanaşmır. Kimi bu məsləyə ciddi yanaşır, kimi qeyri-ciddi, kimi isə bunu fərdlərin əxlaq məsələsi hesab edir. Bu barədə kiçik bir araşdırma apardım və internetdəki tanışlarımdan bir neçəsinə bu barədə suallar ünvanladım.

Təsadüfən, dostlarımdan birinin mövzuya uyğun olan bir həyat hekayəsinə sahib olduğunu öyrəndim və qarşılıqlı razılıq əsasında, onunla virtual olaraq müsahibə apardım. Lakin, qəhrəmanım cəmiyyətdə ona qarşı mən fikirlərin də yaranmasında ehtiyat edərək, şərti “Arif”adından istifadə etmək qərarına gəldi.

 Arif, sən internetlə ailə qurulmasına necə baxırsan?

 Ümumiyyətlə, mən “internetlə”, “telefonla” və ya başqa “filanla” deyə kateqoriyalar yaradılmasının əleyhinəyəm. Tanışlıq tanışlıqdır. Harda olur olsun, necə olur olsun, insanlar ünsiyyət qurub onu davam və inkişaf etdirə bilirlərsə, buna müsbət yanaşılmalıdır. Və adi baxılmalıdır. Bunu zaman və dünyəvi şüur tələb edir. Lakin, təəssüf ki, bizim ictimai şüur hələ bu kimi halları normal qəbul etməyə hazır deyil – bəzi fərdləri istisna saymaqla. Mən də özümü o müstəsna fərdlərdən sayıram, çünki, həyatımda ən çox sevdiyim insanı – həyat yoldaşımı internet vasitəsi ilə tapmışam. Daha dəqiq desəm tanış olmuşam.

 Bu tanışlıq necə və nə vaxt baş verdi?

Düz 2 il bundan əvvəl. Həyat yoldaşımla tanış olarkən, mən Almaniyada, 4-cü kursda təhsil alırdım. Həmin vaxta qədər Bakıda sevgilim var idi. Yeri gəlmişkən, onu internetdə itirdim.

 Bəlkə, bu barədə bir az danışasan?

 Olar. Hələ məktəbdən bir-birimizi sevirdik. Lakin, tez-tez küsüb, bir müddət sonra barışma hallarımız olurdu deyə, münasibətlərimiz nişanlanmaya qədər gəlib çatmamışdı. Təkcə, 2-ci kursa keçərkən ondan gözləmək üçün söz alıb Almaniyaya getdim və razılaşdıq ki, qış tətilində gəlib barmağına üzük taxacam. Ancaq, təəssüf ki, göstərdiyim sədaqəti görmədim. Nədənsə, çox vaxt, iki tərəfin birindən xəyanət halları mütləq vaciblik halı kimi baş verir. İnternet vasitəsilə danışırdıq. Lakin, sən demə, onun məndən başqa internetdə danışdığı və hətta görüşdüyü adamlar da var imiş. Bakıya dönməyimə bir ay qalmış, internetdə bir oğlanla dostlaşdım. Bu oğlanın da mənim kimi musiqiyə böyük həvəsi vardı və mən ona söz vermişdim ki, özümlə bir neçə DJ-lik proqramı gətirəcəm və istifadəni başa salacam.

Söz verdiyim kimi bir neçə disk alıb özümlə Bakıya gətirdim. Hər şey yaxşı idi. Artıq, bizimkilər də mən gəlməmişdən elçi getmiş, “həri” almış və nişana hazırlaşırdılar. Nişanımız “Yeni il”dən sonraya təyin olmuşdu. O vaxta qədər də çox mehriban anlaşırdıq nişanlımla. Bir gün vaxt tapıb DJ-liyə həvəsi olan dostumla görüşdüm və evlərinə getdik. Elə kompüterin arxasında oturmuşduq ki, həmin oğlana “agent” vasitəsilə mesaj gəldi. Bu mənim adaxlımın email ünvanı idi. Oğlanın yaxasından yapışıb, döymək istəyirdim. Amma, həqiqəti öyrənmək üçün səbrimi basdım. Oğlan gülə-gülə, onun haqqında nalayiq sözlər deyirdi. Qızın ondan əl çəkmədiyini və internetdən çıxanda belə, evə zəng edib onu bezdirdiyini deyirdi.

Özümü saxlaya bilmədim və üstünə hücum çəkdim. Özünü itirmişdi. Lakin, özünümüdafiə üçün, o da mənimlə əlbəyaxa çıxmalı oldu. Bir neçə dəqiqə döşəmədə süpürləşdik. İkimiz də yorulanda, artıq söhbətə başladıq. Məsələnin məğzini biləndə dəhşətə gəldi. And içməyə başladı ki, həmin qızın nişanlanacağını bilmir. Təsadüfi olaraq çatda tanış olublar və sonrad a sıx-sıx ünsiyyət qurmuş və bir neçə dəfə də görüşmüşdülər. Ancaq, onun qıza qarşı heç bir ciddi niyyəti yox imiş və sevgilisi olduğunua da özünə demişdi. Mənim adaxlım isə, yenə də ona qarşı maraq göstərirdi. Söhbətlərinin arxivinə baxdıqda dəhşətə gəldim. Artıq, kimlə isə savaşmağa əsasım yox idi. Ayrılmalı oldum ondan.

 İndi isə, keçək həyat yoldaşınla tanışlıq məsələsinə...

Adaxlımla ayrılandan sonra, heç kimə güvənim qalmamışdı. Zarafat deyil, ilk sevdiyim qız tərəfində xəyanətə uğramışdım. Almaniyada olarkən belə, hamıyla soyuq münasibət saxlayırdım. İnternetdə tanış olduğum qızlara isə, qeyri-ciddi gözlə baxırdım. Vaxtımı forumlarda keçirirdim. Elə 4-cü kursun əvvəllərində, forumların birində, bir qızla dini məsələlərdə mübahisəmiz düşdü. O dindar idi, mən isə əksinə, din-iman məsələlərinə barmaqarası baxırdım. Mübahisəmiz uzun sürdüş Hətta, şəxsi mesajla bir-birimizə arqumentlər gətirir, bir-birimizi pərt etməyə çalışırdıq. Axırda, elə oldu ki dostlaşdıq. Sonra isə, “messenger”lə yazışmağa başladıq. Onun dini məlumatı çox idi və filoloq olmasına baxmayaraq əksər dinşünas alimlərin əsərlərindən xəbərdar idi. Loru dildə desək, məni susdurmuşdu. Artıq, məndə də ibadətə maraq yaranmış, spirtli içkidən və dostlarla gecə klublarına getmədən imtina etmişdim. Günlərimi bu xanımla yazışmaqla keçirirdim.

Yalnız tanışlığımızın 3-cü ayı mən onun üzünü vebkamera vasitəsilə görə bildim. Simpatiyam yarandı və zamanla sevgiyə çevrildi. Ancaq, qarşımızda duran maneə vardı. Onun ailəsi bizim ailədən fərqli olaraq çox mühafizəkar idi və hətta, anası belə bizim münasibətlərin əleyinə idi. Onun fikrincə bu tanışlıq ciddi şəkil ala bilməzdi. Həm də ki, Rusiyada olan bacısı oğlunun qızı almaq fikri var idi deyə, qadın öz doğmalarından keçmək istəmirdi.

Səbrim çatmadı, yazın ortasında təyyarəyə minib Bakıya gəldim, əvvəlcə qızla, sonra da anası ilə görüşməyə nail oldum. Belə üzlü olmağım qadının acığına gəlmişdi. Amma, mən öz sözümdə qəti durdum və analarımızı görüşdürməyi də bacardım. Anam da mənim istəyimə müsbət cavab verib daha qətiyyətli oldu. Sonra isə, atalar xəbər tutdu və yayda biz nişanlandıq. Mən diplomu alıb Bakıya gəldim, iş tapdım və bir il sonra evləndik. Yəni, bir neçə ay əvvəl. Aramızda hər şey yaxşıdır. Və bir-birimizə qarşı da sədaqətli olmağı düşünürük. Mənə isə, artıq heç kimsə lazım deyil.

 “Çat qızı” və ya “internet qızı” kimi ifadələr barədə nə deyə bilərsən?

 Bu cür mövzuya gəlincə isə, hər şey insanların özündən asılıdır. Və kompleksli insanlar internetə girirsə, buna əxlaqsız baxımdan yanaşmaq lazım deyil. Xüsusən də, insanların özü internet tanışlığın aludə olub, mənfi addımlar atmamalıdırlar. Çünki, bri neçə insanla “internet macərası” yaşayıb sonda birini seçməyin özü də əxlaqlı insana yaraşan hal deyil məncə. Bu həm qızlara, həm də oğlanlara aiddir.

Rüfət Əhmədzadə, tia.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar