Fontu böyüt:
Aqustun 3-ü gecə saat 00:00-dan günorta 15:00-dək “ANS” Müstəqil Yayım və Media Şirkəti yayımını dayandıracaq. Buna səbəb ANS-in yeni mövsümə yeni rəqəmsal texnologiya ilə başlamaq niyyətində olmasıdır.
Yeni rəqəmsal avadanlıqların quraşdırılması ilə bağlı profilaktik işlər görüləcək. ANS TV-dən verilən məlumata görə, bununla baglı televiziyanın yayımında göstərilən vaxt ərzində fasilə yaranacaq.
Televiziyanın bu addımı atmaqda məqsədi yeni yayım mövsümündə tamaşaçıları üçün yeni verilişlərin daha keyfiyyətli görüntü ilə efirə çıxmasından ibarətdir.
Şirkət rəhbərliyi öz veb resurslarında, ANS TV-də yaranacaq müvəqqəti fasiləyə görə, öncədən tamaşaçılarından üzr də istəyib.