İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ŞƏHƏR TELEFONLARI PULLU OLSA, REDAKSİYALAR ÇÖKƏ BİLƏR

25.01.2011 [03:02]

Fontu böyüt:      

Xəbər verdiyimiz kimi, Azərbaycanda stasionar telefonlarda dəqiqə hesabı ödənişlər tətbiq oluna bilər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, nazirlik bu təklifi Tarif Şurasına təqdim etməyə hazırlaşır. Qeyd edək ki, adıçəkilən sistemə əsasən, stasionar telefonlardan istifadə haqqı, mobil telefonlarda olduğu formada, amma xeyli ucuz qiymətə, dəqiqə hesabı danışığa əsasən hesablanmalıdır. Ə.Abbasov əhaliyə

Xəbər verdiyimiz kimi, Azərbaycanda stasionar telefonlarda dəqiqə hesabı ödənişlər tətbiq oluna bilər. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun sözlərinə görə, nazirlik bu təklifi Tarif Şurasına təqdim etməyə hazırlaşır. Qeyd edək ki, adıçəkilən sistemə əsasən, stasionar telefonlardan istifadə haqqı, mobil telefonlarda olduğu formada, amma xeyli ucuz qiymətə, dəqiqə hesabı danışığa əsasən hesablanmalıdır.

Ə.Abbasov əhaliyə bununla bağlı bir neçə tarif paketi təklif olunacağını bildirib. O qeyd edib ki, hazırda nazirlik bu istiqamətdə Tarif Şurası ilə aktiv işləyir: “Biz təkliflər paketini onlarla müzakirə edirik. Tarif Şurası qiymətlərin artımına tələbkar yanaşdığına görə biz onlara bir yox, bir neçə təklif verəcəyik”.

Hər halda, bu dəyişiklik ilk növbədə yazılı media üçün problemsiz ötüşməyəcək. İnformasiya toplamaq, müsahibə almaq üçün bir çox hallarda şəhər telefonunun xidmətindən istifadə edən jurnalistlər sözügedən yenilik sayəsində redaksiyaların büdcəsinə böyük zərbə vura bilər. Maraqlıdır, redaktorlar bu barədə nə düşünür? Güzəştli tariflə bağlı Rabitə Nazirliyinə müraciət edəcəklərmi?

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, bu dəyişiklik onlar üçün ciddi problemlər yaradacaq. Müsahibimizin sözlərinə görə, şəhər telefonu ilə danışığa limitin qoyulması redaksiyanın büdcəsinə dəhşətli dərəcədə zərbə ola bilər: “Bununla bağlı müvafiq məsləhətləşmələr aparandan sonra Rabitə Nazirliyinə müraciət edəcəyik”.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hesab edir ki, yeni tariflər təkcə jurnalistlər üçün yox, əhalinin əksər təbəqələri üçün problem yaradacaq. Onun sözlərinə görə, bu dəyişiklikləri həyata keçirəndə xalq nəzərə alınmalıdır: “Qiymətləri sadəcə olaraq Amerika, Avropaya baxıb, qaldırmaq olmaz. Orda əhalinin cibinə uyğun ola bilər, amma Azərbaycanda bu, belə deyil. Mən də hesab edirəm ki, bunun mətbuata böyük ziyanı dəyəcək”.

Q.Zahid dedi ki, mətbuata güzəştli tariflərin tətbiqi ilə bağlı təkliflər paketi hazırlaya bilərlər. Onun sözlərinə görə, bu barədə Mətbuat Şurasına müraciət etmək lazımdır: “Onlar da öz növbələrində hansısa paket hazırlayıb, nazirliyə verə bilərlər. Bəlkə bu halda situasiyadan nisbətən az zərərlə çıxa bilərik”./// Yeni Musavat


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar