Fontu böyüt:
Avstraliya polisinə “Google” şirkətinin “Street View” xidməti ilə bağlı araşdırma aparmaq göstərişi verilib. Şirkət ölkənin telekommunikasiya haqqında qanunvericiliyi pozmaqda təqsirləndirlir. Avstraliya baş prokurorunun verdiyi məlumata görə, şirkətin küçələrdə quraşdırdığı video kameralar həmçinin “Wi-Fi” xidmətindən istifadə edənlərin elektron informasiyalarınınm ələ keçirilməsi üçün istifadə edilir.
Şirkət isə daha öncə belə bir faktın baş verməsini, ancaq bu səhvin aradan qaldırıldığını bildirimişdi.