24-25 iyun 2010-cu il tarixlərində Fransa paytaxtı Paris şəhərində Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiya üzrə Komitəsinin (T-CY) 5-ci iclası keçiriləcək. Iclasda komitənin rəhbəri, onun müavinləri və büro üzvləri seçiləcək.
24-25 iyun 2010-cu il tarixlərində Fransa paytaxtı Paris şəhərində Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiya üzrə Komitəsinin (T-CY) 5-ci iclası keçiriləcək. Azərbaycanı tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil edərək, ölkədə bu istiqamətdə görülən işlər barədə məlumatı iclas iştirakçılarına çatdıracaq.
İclasın gündəliyinə internetdə yurisdiksiya məsələləri, dövlətlərin birgə kibercinayətkarlıqla mübarizəsi, məlumatların qorunması və s. məsələlər daxildir. Həmçinin kibercinayətlərin qarşısının alınması istiqamətində müxtəlif strategiyalar ətrafında fikir mübadilələri aparılacaq.
Bundan əlavə iclasda komitənin rəhbəri, onun müavinləri və büro üzvləri seçiləcək.
mənbə: mincom.gov.az