Fontu böyüt:
HP şirkəti çap və təsvirlərin işlənməsi üçün qurğuların inkişafı tarixində baş verən əhəmiyyətli hadisəni – birinci LaserJet printerinin yaranmasının 25 illiyini elan edir. Bu vaxt ərzində bütün dünyada 132 milyondan yuxarı LaserJet printeri satılmış, HP-nin öz sahəsində mükəmməlliyə və liderliyə nail olmaq cəhdi isə bir sıra innovasiyalı qurğuların yaranmasına gətirib çıxarmışdır ki, bunların arasında dünyada ilk şəbəkə lazer printeri, ilk çoxfunksiyalı qurğu və ilk rəngli lazer printeri olan LaserJet printerini göstərmək olar.
Yeni LaserJet printerləri ideyası başlıca olaraq lazer çapının ənənəvi texnologiyası ilə müqayisədə printerə 50% az enerjidən istifadə etmək, eyni zamanda onun məhsuldarlığını 50% artırmaq imkanı verən Instant-on texnologiyasından istifadə etmək sayəsində ətraf mühitə vurulan ziyanı minimuma endirməyə yönəldilmişdir.
İnstant-on Technology texnologiyasının tətbiqindən bəri onun istifadəsi CO2 tullantılarını 5,25 milyon ton azaltmışdır ki, bu da ildə yollarda hərəkət edən avtomobillərin sayının 1.1 milyon azalması deməkdir .
Kiçik və orta biznes seqmentinin marketinqi, LaserJet bölməsinin və Avropa, Yaxın Şərq və Afrika (EMEA) regionunda HP təsvirlərinin çapı və işlənməsi üzrə korporativ həlletmələr qrupunun direktoru Tatyana Fiş izah edir:
“1984-cü ildə ənənəvi ofis çapı təsvirlərin (dpi) sabit olmayan keyfiyyəti, qeyri-qənaətbəxş həlli və şriftlərin məhdud dəsti kimi xarakterizə olunan olduqca səs-küylü yarpaq (“çobanyastığı”), yaxud matrisa sistemlərinə əsaslanırdı. HP şirkətinin LaserJet printeri təkcə ofis mühitini deyişmədi, habelə o, müxtəlif fəaliyyət növü ilə məşğul olan şirkətlərin istifadə edə biləcəkləri peşəkar keyfiyyətə malik bütöv “ev” çapı konsepsiyasını yaratdı və onun inkişafının dönüş nöqtəsi 1990 –cı ildə dəyəri 1000 ABŞ dollarından aşağı olan lazer printerinin və 2004-cü ildə təqdim olunmuş dəyəri 500 ABŞ dollarından aşağı olan ilk rəngli lazer printerinin yaranması oldu”.
Tatyana Fiş HP LaserJet printerini statusu daima müxtəlif mükafatlarla təsdiq olunan ofis çapı üçün orijinal “qızıl standart” kimi təsvir edir. Bu mükafatlar sırasında bu yaxınlarda HP Color LaserJet CP3525n modelini “Orta ölçülü işçi qrupu üçün ən yaxşı rəngli printer” kimi tanıyan Buyers Lab International nüfuzlu müstəqil mükafatını göstərmək olar .
“HP LaserJet printerləri personal kompüterlər və telefonlar kimi əhəmiyyət kəsb etməklə şirkətlərin İT-infrastrukturlarının ayrılmaz hissəsinə çevrilmişlər. Müasir printerlər təhlükəsizlik, çıxışa nəzarət, simsiz çıxış, sənədlərin idarə edilməsi və qurğunun idarə edilməsi kimi əlavə üstünlüklərə malikdirlər”, - xanım Fiş deyir.
Proqram təminatı növü üzrə bu üstünlüklərdən biri olan – HP Web Jetadmin 10 bu yaxınlarda Buyers Lab International tərəfindən tanınmışdır. Bu xidmət LaserJet korporativ seqmentinin bütün printerləri üçün mümkündür və İT-şöbəsinin əməkdaşlarına uzaq məsafədən HP printerlərinin, eləcə də müəssisənin korporativ şəbəkələrində yerləşən digər istehsalçıların printerlərinin monitorinqini və idarə edilməsini həyata keçirmək, qurğulardan istifadə etmək və onların fəallıq səviyyələrinə dair hesabatlar hazırlamaq, son istifadəçilərin printerlərinə çıxışa nəzarət etmək və sərfiyyat materiallarını sifariş etmək imkanı verir.
“Bu, HP LaserJet printerlərinin yüksək etibarlılığa, əla keyfiyyətə, asan istifadəyə və yüksək məhsuldarlığa malik olan qurğular kimi yüksək nüfuza sahib olmalarına rəvac verən əlavə üstünlüklərdir”, - xanım Fiş əlavə edir. http://mak.az