Fontu böyüt:
Dünyanın ən böyük media imperatorluğunun sahibi Rupert Murdoch internetdən şikayətçidir. Səbəb isə insanların internetdən xəbərləri pulsuz oxumasıdır. Murdoch bu vəziyyəti dəyişmək istəyir : “Axtarış sistemləri internetdən xəbərləri çox asan tapır və oxucular əsl qaynaqlar xaricində fərqli saytlardan bu xəbərləri oxuyurlar.
Problem budur ki, Google bizdə olan məlumatları nə vaxtacan oğurlayacaq? Yahoo`da da vəziyyət eynidir. Google və Yahoo kimi axtarış serverləri xəbər başlıqlarını öz axtarış sistemlərindən çıxartmalıdırlar”.