İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin proqram təminatı artıq hazırdır

14.03.2014 [09:14]

Fontu böyüt:      

Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə (EİS) daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar hazırlanaraq təsdiq olunmaq üçün respublika hökumətinə təqdim edilmişdir.
Əmək Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli Fərmanının icrası ilə əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə (EİS) daxil edilməsi və qeydiyyata alınması prosedurlarını əks etdirən müvafiq qaydalar hazırlanaraq təsdiq olunmaq üçün respublika hökumətinə təqdim edilmişdir.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, qaydalar təsdiq edildikdən sonra elektron informasiya sisteminin “elektron hökumət” portalı üzərindən tətbiqinə yaxın vaxtlarda başlanacaqdır. Əmək müqaviləsi bildirişlərinin sistemə daxil edilərək qeydiyyata alınması üçün ƏƏSMN tərəfindən elektron informasiya sisteminin proqram təminatının hazırlanması işləri də artıq başa çatdırılmışdır.
Yeni proqram təminatı işəgötürənlərin qeyd olunan bildirişləri e-imza vasitəsilə elektron informasiya sisteminə daxil edə bilmələri və qeydiyyatdan keçirmələrinin asan şəkildə yerinə yetirilməsinə imkan verəcək.
Eyni zamanda, elektron informasiya sisteminə daxil ediləcək əmək müqaviləsi bildirişlərində işçilərin fərdi identifikasiya kodu öz əksini tapacaqdır. Bu isə işçilər barədə məlumatların həm əmək hüquqlarına əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, həm də işəgötürənlər tərəfindən avtomatik rejimdə əldə edilməsinə imkan verəcəkdir.
Elektron informasiya sisteminin işə salınması ilk növbədə işçi hüquqlarının təminatı istiqamətində mühüm addım olmaqla, əmək münasibətlərinin formal olaraq rəsmiləşdirilməsi, yəni bağlanmış əmək müqaviləsinin bir nüsxəsinin işçiyə verilməməsi və yalnız işəgötürəndə olması kimi hallara son qoyacaqdır.
Beləliklə, elektron informasiya sistemi işçilərin əmək hüquqlarının, eyni zamanda gələcək sosial təminat hüququnun qorunmasında vacib məlumat mənbəyi rolunu oynayacaq. Nəticədə işçi vətəndaşlardan onların iş yerləri, əmək haqları və s. barədə arayışlar istənilməyəcək, bu barədə müvafiq məlumatları elektron informasiya sistemi vasitəsilə əldə etmək mümkün olacaqdır. (azertag.com)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar