İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Heç yere getmədən dərman almaq mümkün olacaq

26.12.2014 [15:47]

Fontu böyüt:      

MedNot xəstə, həkim, aptek münasibətlərinin elektronlaşmasıdır.

“İnnovasiya və ixtira, faydalı model və sənaye nümunələri" sərgisində MedNot təqdim olunub. MedNot xəstə, həkim, aptek münasibətlərinin elektronlaşmasıdır.

Layihənin rəhbəri İlqar Tağıyev Xeberler.az-a bildirib ki, sayt vasitəsilə kağız reseptlərə ehtiyac qalmır. MedNot həkimlərlə xəstələr, aptektlərlə dərman şirkətləri arasında onlayn əlaqə yaradan veb saytdır. Həmçinin, sayt vasitəsilə imkansız xəstələr dərmanla təhciz olunur və pulsuz müayinə olunur. MedNotda dövlətin tətbiq etdiyi vahid qiymət prinsipi də dəstəklənməkdədir.

Proqramist Elşən Cəfərov MedNot-un həkim, xəstə, aptek məntəqləri arasında olan münasibətlərin avtomatlaşdırılmasından ibarət olduğunu bildirib. “Normalda xəstələr həkimlərin əlyazmasından şikayətlənir və hər il dünyada 7000 insan səhv dərman aldığına görə vəfat edir. MedNot vasitəsilə bu problemlər həll olunur. Reseptlər artıq qeydiyyatdan keçdikdən sonra sadəcə bir kod təqdim olunur və həmin kod aplikasiya vasitəsilə telefona gəlir və istənilən vaxt siz öz reseptlərinizi idarə edə bilərsiniz. Dərmanların haradan və kimlərin almasını analiz edərəkSəhiyyə Nazirliyinə statiska təqdim edəcəyik. Bu statistika əsasında haradasa epidemiya xəstəliyi baş qaldırıbsa, orda qırmızı siqnal vasitəsilə Səhiyyə Nazirliyini xəbərdar edəcəyik ki, hansısa ərazidə xəstəlik yayılıb”.

MedNot-da dərman haqqında geniş məlumat almaq imkanının olduğunu söyləyən proqramistCahangir Şəbiyev saytın onlayn dərman sifariş, həkimə mesaj yazmaq və ən yaxın aptekin adresini təqdim etmək funksiyasına malik olduğunu bildirib.

Jalə Şahinqızı


Oxunub: 0 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar