Fontu böyüt:
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb.
Fonddan Trend News-a verilən məlumata görə, dekabrın 24-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda Müşahidə Şurasının iclası keçirilib.
Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqənin gedişi və qalib olan yazılar haqqında məlumat verib. O bildirib ki, bu il noyabrın 5-də elan edilmiş müsabiqədə iştirak etmək üçün Fonda 85 yazı təqdim olunub.
Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və onlardan 33-ü müsabiqənin qalibi olub.