İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnternetdə nik seçərkən diqqətli olun

10.12.2010 [15:08]

Fontu böyüt:      

Psixoloqların fikrincə, internetdə gizli qalmaq arzusu təsadüfi deyil. Yəni internet istifadəçiləri virtual məkanda, nik seçimlərini heç də təsadüfdən etmirlər.

Psixoloqların fikrincə, internetdə gizli qalmaq arzusu təsadüfi deyil. Yəni internet istifadəçiləri virtual məkanda, nik seçimlərini heç də təsadüfdən etmirlər. Niklər, demək olar ki, sahibinin özünü necə görmək istəməsi arzusundan yaranır. Bu ləqəblər adətən, insanın öz şəxsi həyatı, peşəsi, mənşəyi, vətəni, el-obası, nəsli, baxdığı kinolar, teleseriallar, oxuduğu kitablar və s. ilə bağlı olur.

Qeyd edək ki, gerçək aləmdə olduğu kimi virtual məkanda da ehtiyatlı olmaq lazımdır. Kibercinayətkarlıqla məşğul olanlar virtual aləmdə cəlbedici niklər seçməklə özlərinə yeni “qurban”lar axtarırlar. Yaxşı səslənən niklər internet istifadəçilərinin diqqətini tez cəlb edir. Bundan istifadə edən cinsi oriyentasiyası düz olmayan insanlar maraqlı ləqəblər seçərək virtual məkanda əsasən uşaqları təqib edirlər. Uşaq psixologiyasını, istəklərini, musiqi aləmini bilən pedofillər Ümumdünya Hörümçək Torunda, balacaları “tor”a salmağa çalışırlar. Bu barədə söhbətlər çox olsa da, filmlər çəkilsə də statistika göstərir ki, hər il minlərlə insan kibercinayətkarların qurbana çevrilir. Ona görə də valideynlərin diqqətli olması, övladlarına internetdən istifadə edərkən, ehtiyatlı olmalarını başa salmaqları olduqca vacibdir. Peşəkar və təcrübəli internet istifadəçiləri ləqəblərin adlarından onların sahiblərinin cinsini, peşəsini, yaşını, xasiyyətini, hətta əsl adını da müəyyənləşdirməyin mümkün olduğunu bildirirlər.

Məsələn, niklərin tərkibində olan rəqəmlər insanın adına, yaşına, doğulduğu ilə, məktəbi qurtardığı və ya instituta girdiyi tarixə işarə edə bilər. Ləqəblərdəki baş hərflərin kombinasiyası istifadəçinin adının, soy adının, atasının adının və ya oxuduğu institutun, işlədiyi təşkilatın adının baş hərflərini göstərə bilər. Təcrübəli user nik sahiblərinin forumlardakı və ya çatlardakı çıxışlarını analiz etməklə onların kimliyini də asanlıqla müəyyənləşdirə bilərlər. Ona görə də niklər vasitəsilə özlərini virtual məkanda məxfi və ya \\agent 007\\ hesab edənlər, düşünməsinlər ki, onların şəxsiyyətini müəyyənləşdirmək qeyri-mümkündür.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar