İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda mühasibatlıq məcburi qaydada elektron formada aparılacaq

29.12.2010 [06:09]

Fontu böyüt:      

Vergilər Nazirliyinin təşəbbüsü ilə ölkədə elektron auditin tətbiqi və bu məqsədlə mühasibatlığın tamamilə elektron formata keçməsi nəzərdə tutulur. Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib ki, artıq müəssisələrin mühasibat uçotu və hesabatlarının elektron formada aparılmasının məcburiliyi barədə qanunvericilikdə dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb.

Azərbaycanın mühasibatlıq sistemində ciddi yenilik gözlənilir. Vergilər Nazirliyinin təşəbbüsü ilə ölkədə elektron auditin tətbiqi və bu məqsədlə mühasibatlığın tamamilə elektron formata keçməsi nəzərdə tutulur.

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev bildirib ki, artıq müəssisələrin mühasibat uçotu və hesabatlarının elektron formada aparılmasının məcburiliyi barədə qanunvericilikdə dəyişikliklərin edilməsi üçün təkliflər hazırlanıb. Elektron audit - səyyar vergi yoxlamasının insan resursu olmadan, elektron formada aparılmasını nəzərdə tutur. Auditin bu forması dünyanın müxtəlif ölkələrində - Fransa, Niderland, Almaniya və s.-də tətbiq olunur. Elektron auditin əsas üstünlüyü vergi ödəyicisinin yoxlanmasının çox qısa vaxt ərzində aparılmasındadır. Bunun üçün xüsusi proqram təminatlarından istifadə olunur. «Mühasibatlıq elektron formada olmalıdır ki, vergi orqanları həmin məlumatı müəyyən elektron vasitələrlə götürsün və bu proqram vasitəsilə təhlil etsinlər. Yəni, indi vergi əməkdaşları yoxlama zamanı kağız sənədlərlə işləyir, rəqəmləri və bank hesablarını yoxlayır, amma bunlar həm vaxt itkisinə səbəb olur, həm də sənədlər kağız formasında olduğuna görə, müəyyən rəqəmlərin gözdən qaçması ehtimalı da var. Elektron auditdə isə bu problemlər aradan qalxır», - deyə Nazirlik təmsilçisi bildirib. Elektron audit yoxlaması zamanı xüsusi kompüter proqramı sahibkarın mühasibatındakı məlumatları ümumiləşdirir, təhlil edir və mühasibatlıqdakı kənarlaşmalar barədə yoxlayıcıya, yəni vergi işçisinə məlumat verəcək: «Məsələn, dövriyyənin tam göstərilməməsi, xərclərin şişirdilməsi, müəyyən gəlirlərin nəzərə alınmaması baş verdikdə həmin məlumatlar çıxarılır və qərar vermək çüün müfəttişə təqdim edilir». Artıq Vergilər Nazirliyi bununla bağlı Niderlandla bağlanmış müqavilə əsasında elektron auditin tətbiqi ilə bağlı tvinninq layihəsi həyata keçirir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar