İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda milli genişzolaqlı internetin inkişafı üzrə Dövlət Proqramının icrasına yaxın bir ay ərzində başlanıla bilər

01.11.2013 [09:32]

Fontu böyüt:      

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Milli genişzolaqlı internetin 2014-2016-cı illərdə inkişafı üzrə Dövlət Proqramını Nazirlər Kabineti ilə razılaşdırıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Milli genişzolaqlı internetin 2014-2016-cı illərdə inkişafı üzrə Dövlət Proqramını Nazirlər Kabineti ilə razılaşdırıb. 
Sabahdan etibarən Dövlət Proqramının aidiyyəti olan nazirliklər tərəfindən təsdiqlənməsi proseduru başlanacaq.

Yaxın bir ay ərzində Dövlət Proqramının icrasına başlanılması gözlənilir.
Layihə çərçivəsində genişzolaqlı internetin infrastrukturunun “Fiber to home” konsepsiyasına uyğun inkişaf etdirilməsi üzrə işlər paralel olaraq Bakıda, ölkənin regionlarında və Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi gözlənilir.
Bakı və Naxçıvanla yanaşı, işlər paralel olaraq İsmayıllıda, Qubada, Zaqatalada, Şirvanda, Lənkəranda, Qəbələdə aparılacaq.

Gələn ildən etibarən Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  Dövlət Neft Fondunun (DNF) dəstəyi ilə ölkədə "Fiber to Home" texnologiyası vasitəsilə genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsinə başlayacaq.
DNF-ın büdcəsində layihə çərçivəsində birinci il ərzində nəzərdə tutulmuş işlərin görülməsi üçün 103,6 milyon manat ayrılması gözlənilir.
Layihə çərçivəsində, onu əsas icraçıları olan,  “Aztelekom” və Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin restruktrizasiyası və birləşdirilməsi nəzərdə tutulub.
2014-2016-cı illər üçün nəzərdə tutulmuş layihənin reallaşdırılması üçün ümumilikdə 450 milyon manatdan artıq vəsaitin tələb olduğu bildirilir. Layihənin ümumi dəyərinin 30-35% reinvestisiya hesabına təmin edilməsi gözlənilir.

Layihə çərçivəsində 18 min kilometr fiber-optik kabelin çəkilməsi nəzərdə tutulur, halbuki, bu gün ölkədə artıq 6-7 min kilometr kabel çəkilib.
Layihə ölkənin kabel infrastrukturunun kökündən yenidənqurması gözlənilir. Əsas məqsəd 10-100 Mbit/s sürətlə genişzolaqlı internet ilə uzaq regionları təmin etmək və internetdən istifadə edən əhalini 85% internetlə təmin etməkdi.

Son məqsəd isə bu göstəricini 2017-ci ilədək Azərbaycanda inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaqdır. Azərbaycan son üç ildə MDB məkanında genişzolaqlı internetin istifadəsinə görə birinciliyi saxlayır. (ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar