Fontu böyüt:
"Samsunq Elektronics" aprelin 28-dən "Galaxy S ll" smarfonlarını satışa buraxıb. Cihaz hələlik ancaq Cənubi Koreyada satılır. Samsung "Galaxy S" smarfonunun ikinci versiyası olan "Galaxy S ll" may ayından dünyanın 120 ölkəsində satışa çıxarılacaq. (Lenta)
Samsunq hesab edir ki, təzə cihaz dünyada ən nazik smartfondur (onun qalınlığı 8.49mm) . O, ikinüvəli smartfon bazasında 1.2 hihaherts saat tezliyində işləyir. O, 4.27 düyməlik Super AMOLED Plus ekranı ilə, iki quraşdırılmış kamera, VVi-Fi və Bluetooth modulları və həmçinin SD micro standart yaddaş kartları ilə təhcis edilmişdir. Smartfon 2.3 Android əməliyyat sistemiylə istifadə olunur.