Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mir-Heydər İsmayılov və RİTN-nin Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov bu gün Almaniyanın Lixtenau şəhərində keçirilən “LS Summit 2008” telekommunikasiya konfransında iştirak edirlər. Qeyd olunan konfrans LS Telcom şirkəti tərəfindən təşkil olunmuş sayca 13-cü bu cür tədbirdir.

Tədbir zamanı radioverici diapazon tezlikləri vasitəsi ilə şəbəkəyə genişzolaqlı çıxış, rəqəmli mühitdə radio, radiotezlik resursunun istifadə olunması vasitəsi ilə monitorinq və idarəetmə sisteminin imkanları və digər vacib məsələlərə dair məruzələrin təqdim olunması nəzərdə tutulub.
Qeyd edək ki, LS Telecom şirkəti özünün çoxstandartlı kompüter proqramı, konsaltinq və mühəndis xidmətləri vasitəsi ilə DVB-H sistemlərinin, hibrid və verici şəbəkələrin planlaşdırılması, əlaqələndirilməsi və təkmilləşdirilməsi ilə məşğuldur.
xeberler.az