Fontu böyüt:
Körpükamp Barcamp Azərbaycan Təşkilatının yeni bir layihəsidir. Mahiyyət etibarilə Barcampa çox yaxındır, fərqi auditoriyasının daha spesifik olmasıdır. KörpüKamp qeyri-konfransının məqsədi QHT, İnternet və Media nümayəndələri, bu sahələrə aid olan şəxslər arasında əlaqələri möhkəmləndirməkdir. Layihənin maliyyə dəstəyi Soros fondudur.Təşkilati dəstək isə Azərbaycan İnternet Forumu və Azəri Yurdu GİB-nə məxsusdur.
KörpüKampda iştirak edə bilər:
Bloqerlər, vətəndaş jurnalistikası ilə maraqlananlar;
QHT-lərdə çalışanlar, İctimaiyyətlə Əlaqələr (PR) mütəxəssisləri, İctimai kompaniyalar hazırlayanlar, Layihə kordinatorları;
Media mənsubları, jurnalistlər;
İnternet layihələri hazırlayan mütəxəssislər, menecerlər, proqramçılar, dizaynerlər və s.;
İnternet resurs sahəsində təcrübələrini bölüşmək istəyənlər;
İnformasiya mübadiləsi üçün şərait yaradanlar;
Bu sahələrlə maraqlanan tələbələr və digər şəxslər.
Xatırladaq ki, Körpükamp 2-3 mayda Azərbaycan Dillər Universitetinin nəzdində İnformasiya Resurs Kompleksində keçiriləcəkdi. ADNA-da baş verən terrorla bağlı olaraq konfrans təxirə salınmışdı. KörpüKampla bağlı ətraflı məlumatı www.korpukamp.org saytından əldə etmək olar.