Fontu böyüt:
Bill Geyts bgC3 adlanan yeni texnologiya şirkəti yaradıb. Hələlik onun nə ilə məşğul olacağı haqda müxtəlif fərziyyələr var. Əksəriyyət belə düşünür ki, bgC3 “böyük ideyalar” verən şirkət olacaq ki, onların köməyilə texnologiya sənayesi dəyişəcək.
Eyni zamanda ekspertlər bgC3-ün Microsoft kimi böyük şirkət olacağını düşünmür. Buna sübut kimi Kirklendin (yeni şirkət bu şəhərdə yerləşir) rəsmi nümayəndələrinə göndərilən məktubu göstərmək olar. Bu məktubda deyilir ki, bgC3 şirkətinin işçiləri 40-60 nəfərdən ibarət olacaq.
Xatırladaq ki, Geytsin bgC3 şirkətini yaratması xəbəri, bu ilin iyun ayında Microsoft-dan gedişindən sonra onun haqda yayılan birinci ciddi xəbərdir.