İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

ABŞ-da “AzərSat” peykinin texniki parametrləri müzakirə ediləcək

22.01.2011 [17:21]

Fontu böyüt:      

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndələri Dallasda (Virciniya ştatı) “Azərsat” telekommunikasiya peykinin texniki parametrlərini müzakirə edəcək. Bu barədə nazirliyin saytında yerləşdirilmiş məlumatda qeyd edilir. “Nazirliyin mütəxəssisləri səfər çərçivəsində “Azərsat” peykinin işlənib hazırlanmasını həyata keçirən Orbital Sciences Corporation şirkətinin qərargahında təşkil olunmuş toplantıda iştirak etməyi planlaşdırır

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) nümayəndələri Dallasda (Virciniya ştatı) “Azərsat” telekommunikasiya peykinin texniki parametrlərini müzakirə edəcək.

Bu barədə nazirliyin saytında yerləşdirilmiş məlumatda qeyd edilir. “Nazirliyin mütəxəssisləri səfər çərçivəsində “Azərsat” peykinin işlənib hazırlanmasını həyata keçirən Orbital Sciences Corporation şirkətinin qərargahında təşkil olunmuş toplantıda iştirak etməyi planlaşdırır”, – deyə məlumatda vurğulanır. Nazirliyin mütəxəssislərinin ABŞ-a səfəri yanvarın 25-dək davam edəcək. Xəbər verildiyi kimi, 2010-cu ilin mayında RİTN peyk istehsalı üzrə Orbital Sciences Corporationla müqavilə imzalayıb. Müqaviləyə əsasən, Amerika şirkəti 26 ay ərzində “Azərsat” peykini hazırlamağı öz öhdəsinə götürür. Həmçinin Azərbaycan Malayziyanın “MEASAT” peyk operatoru ilə orbital mövqenin “AzərSat” peyki üçün istifadəsini nəzərdə tutan uzunmüddətli icarə müqaviləsi imzalayıb. Peykin kosmosa buraxılmasını Fransanın Airanespace şirkəti həyata keçirəcək və peykin buraxılmasının ümumi dəyəri $93 mln. təşkil edir.

Ehtimal olunur ki, xərclər 5-7 il ərzində çıxarılmalıdır. Peyk istismar olunduğu növbəti 15 ildə xalis mənfəət gətirməlidir. Nazirliyin mütəxəssislərinin fikrincə, milli peyk keyfiyyətli və etibarlı rabitə, teleyayım təşkil etmək, kanalların sayını artırmaq imkanı verəcək.

Əgər “Azərsat” Avropa ərazisini əhatə etsə, Azərbaycan kanalların Avropa və Asiyaya yayımında tranzit ölkə kimi çıxış edə bilər. Azərbaycan öz rabitə peykinin ehtiyatlarının 15-20%-dən istifadə etməyi, ehtiyatların yerdə qalan hissəsini isə beynəlxalq bazarda satmağı planlaşdırır.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar