İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azerfon yeni Baş Direktorun təyinatını elan etdi

11.11.2010 [16:38]

Fontu böyüt:      

Azerfon MMC-nin yeni direktoru cənab Yurgen Pitz uzun illər telekommunikasiya sahəsində çalışmış təcrübəli mütəxəssisdir.

Azerfon MMC-nin yeni direktoru cənab Yurgen Pitz uzun illər telekommunikasiya sahəsində çalışmış təcrübəli mütəxəssisdir. O, Avstriyanın 3-cü  mobil operatoru olan “Orange”–ın rəhbəri və Almaniyanın “Nokia Networks” şirkətinin vitse prezidenti vəzifələrində çalışmışdır.

Cənab Pitz bir neçə Avropa və Afrika ölkələrinin mobil rabitə sektorunda rəhbər vəzifələrdə zəngin iş təcrübəsinə malikdir. Cənab Pitz 10 ildən artıqdır ki, telekommunikasiya bazarında çalışmış, İndiyədək Almaniyanın “Nokia” və Avstriyanın “Orange” şirkətlərinin rəhbərliyində olmuş, və Comium Mobile şirkətlər qrupunun Baş Direktoru vəzifəsində çalışmışdır.
 
Azerfon şirkətinin yeni rəhbəri cənab Pitz şirkətin inkişafında, müştərilərin tələblərinə uyğun olan  məhsulların bazara çıxarılmasında və yüksək keyfiyyətli  xidmətlər göstərilməsində mühüm rol oynayacaqdır. Azerfon MMC-nin yeni Baş Direktoru cənab Pitz yeni təyinatı haqda söyləyib: “Azərbaycan MDB regionunda İKT sahəsi üzrə ən sürətli inkişaf göstəricilərinə malikdir. Ölkədə İKT sferası iqtisadiyyatın ən sürətlə inkişaf edən ikinci sahədir. Belə inkişaf templərini nümayiş etdirən Azerfon MMC-nin də sözsüz ki, ölkə iqtisadiyyatının inkişafında payı vardır. Azerfon şirkətinin rəhbəri vəzifəsində çalışmağımdan çox məmnunam və mövcud bazarda ən yüksək keyfiyyətli və yeni məhsulları təqdim edərək şirkətin daha da inkişaf etməsi üçün əlimdən gələni əsirgəmiyəcəyəm. Bütün ölkə əhalisi üçün faydalı mobil  xidmət və məhsullar təqdim etməklə biz abunəçilərin istək və tələblərinə uyğun strategiya ilə fəaliyyət göstərəcəyik”.

Azerfon MMC-nin idarə heyyətinin sədri cənab Cüneyt Türktan Azerfon şirkətinin öz inkişaf yolunda quruculuq mərhələsinin müvəfəqqiyyətlə başa vurduğunu və hazırda təkmilləşdirilmiş şəbəkəyə malik olaraq müştəri bazasının artırılmasına çalışacağını qeyd etdi.

“Keyfiyyətli 2G və 3G  şəbəkəsinin yaradılması üçün şirkət böyük sərmaye yatırımaları etmişdir. 2011–ci il üçün qarşımıza qoyduğumuz məqsədlər üzərində daha da aqressiv çalışaraq biz abunəçilərimizə keyfiyyətli şəbəkə ilə yanaşı Azərbaycanda məlumat ötürülməsi xidmətlərini ən yüksək səviyyədə təqdim edəcəyik. Cənab Pitz kimi telekommunikasiya sahəsi peşakarının Azerfon komandasında olması şirkətin Azərbaycan mobil rabitə bazarında lider mövqeyini tutmasında yardım edəcəkdir”.

AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile brendi ilə başlamışdır. AZERFON şəbəkəsi Azərbaycan Respublikasının 80%-ni əhatə edir. Hazırda AZERFON şəbəkəsindən 1 500 000-a dək abunəçi istifadə edir.

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar