Fontu böyüt:
Gənc valideynlər üçün nəzərdə tutulmuş "MomFilter.com" saytında anaları "Facebook" sosial şəbəkəsindən ayrılmağa və uşaqlara daha çox diqqət yeirməyə çağıran reklam yerləşdirilib.
"Facebook" reklama hələlik heç bir reaksiya verməyib.
Reklam çarxında uşaqlar kompüterin qarşısında oturan və övladları ilə maraqlanmayana analarının diqqətini cəlb etməyə çalışırlar. Reklamın sonunda balaca qız kompüteri elektrik şəbəkəsindən ayırır və anasını otağına aparır.
Reklamda "The Log Off!" saytının ünvanı var. Həmin sayt "Sağ olun ki, TheLogOff.org saytına baş çəkdiniz. İndi kompüterini heç olmasa qısa müddətə söndürməlisiniz. Sonra isə gedin!"
Reklam çarxı "Barton F. Graf 9000" adlı yeni reklam agentliyinin ilk işidir.///milli.az