21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
2009-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın rabitə sektorunun satış həcmi hesabat dövrü üçün mübadilə məzənnəsi üzrə 802,711 mln. ABŞ dolları təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən abc.az-ın yaydığı xəbərə görə, 2009-cu ilin yanvar-avqust ayları ərzində rabitə sektorunda 645,9 mln. manat dəyərində xidmətlər göstərilib ki, bu ötən ilin həmin dövründən 11,6% çoxdur. “Rabitə xidmətlərinin əsas istehlakçısı əhali olub – 502,6 milyon manat və ya 77,9%. Bu da 2008-ci ilin analoji dövründə əldə olunan müvafiq göstəricini 10,5% geridə qoyur. Əsas gəlir mobil rabitədən əldə olunub – ümumi həcmin 72,2 faizi”, - Komitənin məlumatında göstərilir.
Xatırladaq ki, 2008-ci ildə Azərbaycanın rabitə sektorunun satış həcmi 990,5 milyon manat olmuşdur. 2009-cu ilə dair verilən proqnozlara əsasən bu il rabitə sektorunun gəlirləri 1228 milyon manat təşkil etməlidir.