İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Evdə və işdə wi-fi istifadə edənlərin nəzərinə!

17.01.2015 [11:22]

Fontu böyüt:      

“Forbes” jurnalı həyatımızın bir parçasına çevrilən kabelsiz internet və cib telefonları mövzusunda son araşdırmasını yayımlayıb.

“Forbes” jurnalı həyatımızın bir parçasına çevrilən kabelsiz internet və cib telefonları mövzusunda son araşdırmasını yayımlayıb.

Valideynlərin çoxu uşaqlarını bəzi zəhərli kimyəvi maddələrdən uzaq tutur. Bunun səbəbi onların Dünya Səhiyyə Təşkilatının “xərçəngə səbəb olan maddələr” (Class 2B Carcinogens) siyahısında olmalarıdır. Halbuki, eyni siyahıda TV, radio, mikrodalğalı soba, cib telefonu və kabelsiz internet vasitəsilə(Wi-Fi) yayılan radio və elektromaqnit dalğaları da (RF / EMF) var, amma bu maddələr qədər diqqət mərkəzində deyil. Türkiyə mətbuatından verilən məlumata  görə, son araşdırmalarda göstərilib ki, mümkün qədər uşaqları bu dalğalardan qorumaq mütləqdir. Bunu "Journal of Microscopy and Ultrastructure" jurnalında yayımlanan son elmi işi təqdim edirik.

TƏSİRİ 30 İL SONRA ORTAYA ÇIXACAQ

Elektromaqnit dalğalara uzun müddət məruz qalan şəxslərdə xərçəng və digər xəstəliklərə yoluxma riski artır. Məruz qalınan elektromaqnit dalğaların xərçəngə çevrilmə müddəti 30 il və ya daha çox olması hesablanıb. Bir zamanlar siqaret üçün “zərərsiz” deyilib illər sonra xərçənglə rastlaşma kimi elektromaqnit dalğaları mövzusunda da bundan 30-40 il sonra bənzər bir vəziyyətin yaşana biləcəyi ifadə edilib. "Wi-Fi bizi yavaş-yavaş öldürürmü?" məqaləsini yazan Mark Gibbsə görə, 50-100 il sonra dönüb baxdığımızda cib telefonu və kabelsiz internetin necə insanlıq tarixinin ən böyük səhiyyə böhranına səbəb olduğuna təəccüblənə bilərsiniz.

Araşdırmanın təəccüblü nəticələri:

- Uşaqların beyin toxumaları böyüklərə nisbətən daha incədir. Bu səbəbdən də elektromaqnit dalğalar daha çox  içəriyə nüfuz edə bilir. Bu da beyin toxumalarına və hüceyrələrinə mənfi təsir göstərə bilir.

 - Riskin ən yüksək olduğu dövr körpənin hələ ana bətnində olduğu dövrdür. Hamilə qadınların olduğu evde Wi-Fi dan istifadə edilməməli, cib telefonunundan çox tez-tez istifadə olunmamalıdır.

- Mobil telefonlarının təlimatında elektromaqnit dalğalara məruz qalmanın təhlükələri haqda geniş məlumat verilir.

 - Kabelsiz internet ilə işləyən cihazların satışları mütləq yaxından təqib olunmalıdır.

 

                                                                                            Sevil Rəsulzadə


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar