İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda mobil telefonlar siyahıya alınacaq

29.08.2010 [01:21]

Fontu böyüt:      

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov belə deyib Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, burada məqsəd ölkə ərazisində olan telefonların qanunvericiliyə uyğun istifadəsini təmin etməkdir. Yeni sistemin tətbiqi ölkəyə yalnız istehsalçı şirkətə məxsus, lisenziyalı telefonların gətirilməsinə şərait yaratmaqla bərabər, telefon oğurluğunun qarşısını alacaq.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov belə deyib
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun sözlərinə görə, burada məqsəd ölkə ərazisində olan telefonların qanunvericiliyə uyğun istifadəsini təmin etməkdir. Yeni sistemin tətbiqi ölkəyə yalnız istehsalçı şirkətə məxsus, lisenziyalı telefonların gətirilməsinə şərait yaratmaqla bərabər, telefon oğurluğunun qarşısını alacaq.

Bəlli olacaq ki, oğurlanan telefon artıq şəbəkədə qara siyahiya əlavə olunacaq və bundan istifadə etmək mümkün olmayacaq. Onda heç kəs bunu oğurlamaq istəməyəcək. Çünki oğurladısa, tapmaq çox asan olacaq. İkincisi, oğurlanmış telefon heç kimə lazım olmayacaq. Oğurlanmış telefon  o şəbəkəyə qoşulan kimi məlum olunacaq ki, hansı nömrə qoyulub onun içərisinə. Artıq telefonun, oğurlanması qaçırılması bu halları gündəlikdən çıxarlımış olacaq.

Yeri gəlmişkən, bu sistem bir çox ölkələrdə tətbiq olunur. Nazirlikdə deyirlər ki, sistemin tətbiqi avropa ölkələrində telefon oğurluğu ilə bağlı statistikanı heçə endirib. Mobil telefonların qeydiyyat sisteminin yaradılması zamanı «qara siyahı»nın tərtibi və vahid bazaya qoşulması oğurluq telefonların xaricdə belə tapılmasını mümkün edir.

Nazir müavini onu da əlavə edib ki, ölkəmizdə bunun tətbiq olunması və qaçırılmış sistemlər üzrə  ümumdünya bazaya qoşulmağımız bizə o imkanı verəcək ki, həmin bazarda oğurlanmış, qaçırılmış qara siyahıda olan telefonlar bu ölkədə də artıq qara siyahıda olacaq. O telefonlar hansı yolla olur olsun azərbaycana gələcəksə artıq o işləməyəck. Və yaxud bizim daxil etdiyimiz qara listə həmin ölkələrə gedəcək. Burdan qaçırılmış telefon avtomatik avtomatik  hər bir ölkədə qara siyahıda yer alacaq .

Başqa sözlə, mobil telefon oğurlanıbsa, sahibinin müraciəti əsasında, telefonun imei-kodu «qara siyahı»ya salınacaq  və operatorlara bu telefona xidmət göstərmək qadağan ediləcək. Üstəlik, hər bir şəxs almaq istədiyi telefonun oğurluq olub-olmadığını da bu siyahı vasitəsilə yoxlaya biləcək.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar