21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ukraynada avtomobil qəzaları nəticəsində dəyən zərər ilk dəfə plaraq planşetlər vasitəsilə hesablanacaq. Ukraynanın “UNİKA” sığorta şirkəti “Audateks Ukrayna” ilə birlikdə planşetlər üçün sığorta zərərliliyini hesablayan “Audamobile” mobil tətbiqini təqdim edib. Dekabr ayından istifadəyə verilən bu tətbiq hələlik iOS əməliyyat sistemində işləyəcək.
Sözügedən texnologiya sığorta hadisələrinin tənzimlənməsini asanlaşdırmağa, həmçinin müştəri xidmətlərinin keyfiyyətini yüksəltməyə kömək edəcək. Bu yenilik sayəsində qəza komissarı sığortalanmış avtomobildən uzaqlaşmadan, müştəriyə uyğun yerdə sığorta hadisəsini tənzimləməyə biləcək.
Yeni proqram “UNİKA” şirkətinin əməkdaşlarına zərər çəkmiş nəqliyyat vasitəsinin fotolarını çəkməyə, elektron protokol, həmçinin ödəniş üçün ərizəni tərtib etməyə, lazımi sənədlərinin fotosurətini çıxarmağa və zərərin məbləğini təyin etməyə imkan verəcək. Başqa sözlə, qəzadan sonra müştərinin sığorta şirkətinə gedib müraciət ərizəsi yazmasına və digər sənədləşdirmə işlərinə ehtiyac qalmayacaq.
Belə ki, müştəri avtomobilə baxış həyata keçirildiyini planşetin ekranına imza ataraq təsdiqləyə biləcək. Bununla da, sığorta hadisəsinin tənzimlənmə müddəti 40-60 dəqiqədən hadisənin mürəkkəbliyindən və zərərin miqyasından asılı olaraq 15-20 dəqiqəyə qədər azalacaq. “UNİKA” sığorta şirkətinin rəhbərliyi bu yeniliyin sığorta azarı üçün böyük əhəmiyyət daşıdığını qeyd edir. "Fəxr etmək üçün səbəblərimiz var: Şirkətimiz Ukrayna sığorta bazarında ilk dəfə belə bir mobil tətbiq hazırlayıb. Bu da, müştərilərimizə göstərdiyimiz xidmətlərin keyfiyyətini xeyli artıracaq. İndi biz Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə şirkətimizin bu sahədə təcrübəsini bölüşməkdən məmnunluq hissi duyuruq”-deyə “UNİKA” sığorta şirkətinin idarə heyətiniz sədr müavini Yelena Markova deyib.(Fins.az)