21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndiFontu böyüt:
Azərbaycan Rabiət və İnformasiya Texnologiyaları Nazirliyindən «APA»ya verilən məlumata görə, görüşə GUAM-a üzv-ölkələrin aidiyyəti nazirlik və idarələrin nümayəndələri qatılıb. Azərbaycanı iclasda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları təmsil edib.
İclasın yekunlarına əsasən informasiya texnologiyaları sahəsini əhatə edən qanunvericiliyin təkmilləşdirilməsi üzrə sistematik məlumat, statistik göstəricilər, eləcə də makrogöstəricilər və bu sahədə həyata keçirilən layihələr üzrə məlumat mübadiləsinin aparılması, GUAM-a üzv-ölkələrin vahid informasiya məkanının formalaşdırılması Strategiyası layihəsi üzrə təkliflərin verilməsinə dair qərarlar qəbul olunub.
Bundan başqa, iştirakçılar mədəniyyət, elm və təhsil, həmçinin informasiya texnologiyaları üzrə işçi qrupların üzv-ölkələrdə distant təhsilin inkişafı mövzusunda birgə iclaslarının keçirilməsini, eləcə də beynəlxalq sahə tədbirlərində iştirak zamanı mövqelərin razılaşdırılması üzrə fəaliyyətin əlaqələndirilməsinin fəallaşdırılmasını qərara alıblar.
İclasda həmçinin informasiya texnologiyaları sahəsi üzrə kadr və mütəxəssislərin hazırlanmasına dair mövcud potensial haqqında məlumatların təqdim olunması istiqamətində də razılıq əldə olunub.
İnformasiya texnologiyaları üzrə işçi qrupunun növbəti iclası 2011-ci ilin birinci yarısında keçiriləcək.