İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı internet-kampaniya başlayıb

08.04.2009 [14:34]

Fontu böyüt:      

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı çıxanlar internet-kampaniyaya başlayıblar. Kampaniyaya artıq minə yaxın insan qoşulub.

Türkiyədə Ermənistanla sərhədlərin açılmasına qarşı çıxanlar internet-kampaniyaya başlayıblar. http://www.turkiye-ermenistan-kapilar-acilmasin.org/index.htm elektron ünvanında keçirilən kampaniyaya artıq minə yaxın insan qoşulub.

Kampaniyaya qoşulan insanlar Türkiyə Prezidenti Abdullah Gül, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan və digər ölkə rəsmilərinə müraciət qəbul ediblər.

Müraciətdə bildirilir: “Son günlər Ermənistan ilə sərhədlərin açılması ehtimalı media və bəzi qeyri-hökumət təşkilatları tərəfindən gündəmə gətirilməkdədir. Aşağıdakı həqiqətləri nəzərə alaraq bu ehtimalı bir daha dəyərləndirməyi düşünürük. Türkiyə Ermənistan ilə münasibətləri yaxşılaşdırmaq üçün addım atarkən qarşı tərəfdən heç zaman analoji reaksiya verilməyib. Futbol diplomatiyası ilə qeydə alınan birtərəfli yaxınlaşma belə erməni rəsmilərinin öz siyasətlərindən imtina etməyəcəkləri barədə bəyanatları ilə nəticələnib. Ermənistan hələ də Türkiyənin ərazi bütövlüyünü tanımayıb və Ağrı dağını rəsmi sənədləşmələrdə milli simvol kimi istifadə etməkdədir.

Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsi səbəbilə Türkiyə-Azərbaycan münasibətlərinə böyük zərər vura bilər. Türkiyənin xarici siyasəti 17 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə nizamlanmasını şərt olaraq irəli sürməsi sadəcə Azərbaycanın təbii ehtiyatları və bu ölkə ilə ticarət həcminin artmasından irəli gəlmir. Bu, “bir millət, iki dövlət olan” Türkiyə və Azərbaycanın tarix boyunca bir-birilərinə dəstək verməsindən irəli gəlir. Əgər qardaşlığı bir kənara qoysaq, Türkiyə bu addımı müəyyən qazanc naminə edirsə, o zaman Azərbaycanla münasibətlərdən əldə edilən üstünlüklər daha çoxdur. Çoxlu neft və qaz ehtiyatları olan, Mərkəzi Asiyaya qapı rolunu oynayan Azərbaycan Türkiyə üçün daha önəmlidir. Ermənistanın isə Türkiyəyə verə biləcəyi pozitiv heç nə yoxdur.
Çanaqqala savaşında Azərbaycanın Türkiyəyə qızıl, pul və hərbi yardım göstərdiyini hamımız bilirik. Təbii müasir dövrümüzdə Türkiyənin Azərbaycana verdiyi dəstəkləri də bilir və unutmuruq. Bu günə qədər Türkiyə beynəlxalq platformalarda həmişə Azərbaycanı dəstəkləyib. Mediada “sərhədlər qondarma “erməni soyqırımı” ABŞ Konqresində qəbul olmasın deyə açıla bilər” kimi fikirlər yer almaqdadır. Bu il Azərbaycanı itirən Türkiyə gələn il “erməni soyqırımı” tanınmasın deyə nəyi və nələri qurban verəcək.

Biz Türkiyənin Azərbaycanın Dağlıq Qarabağ məsələsində tənha buraxacağına inanmırıq və Türkiyə-Ermənistan sərhədlərinin Ermənistanın Dağlıq Qarabağda işğalı aradan qaldırılana qədər açılmayacağını düşünərək bu müraciətə imza atırıq”. APA


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar