Fontu böyüt:
Rabitəçilərin məvacibləri sənaye, tikinti və nəqliyyat sahələrində çalışanların maaşlarını üstələyir
Dövlət Statistika Komitəsi müxtəlif xidmət sahələrində çalışan işçilərin bu ilin 11 ayı üzrə əməkhaqqı göstəricilərinə dair məlumatları açıqlayıb.
Komitədən Lent.az-a bildiriblər ki, bu ilin 11 ayında iqtisadi və sosial sahələrində muzdla işləyənlərə verilən orta aylıq əməkhaqqı ötən ilin müvafiq dövründəkindən 7,7 faiz yüksək olub. Belə ki, hesabat dövründə həmin sahədə muzdla çalışanların orta aylıq məvacibləri 321,2 manat təşkil edib.
Eyni dövrdə sənaye sahələrində çalışanların əməkhaqqısı 457,5 manat, tikinti sənayesində 505,2 manat, nəqliyyatda 368,8 manat, rabitədə xidmətində işləyənlərin isə 522,3 manat təşkil edib.