21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
01.06.2010-cu il tarixində Azərbaycan İnternet Forumunun növbəti toplantısında Milli İnternet Mükafatı ilə bağlı Müsabiqənin keçirilməsi Qaydalarında dəyişikliklər və əlavələr müzakirə edilərək qəbul edilib. Müsabiqənin daha ədalətli və şəffaf keçirilməsi məqsədilə Münsiflər tərindən qiymətləndirmənin yazılı olaraq əsaslandırılması, müsabiqədə qalib gələn resursun növbəti 3 il ərzində müsabiqədə iştirakına icazə verilməməsi , müsabiqə qaydalarını pozanlara qarşı tədbirlərin sərtləşdirilməsi, Nominasiyaların yeni prinsip əsasında müəyyən edilməsi haqqında əsasnamədə dəyişikliklər edilib. Eyni zamanda Müsabiqənin daha uğurlu yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi tərəfindən bir sıra zəruri tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib
AİF- in toplantısında son dövrlərdə Google şirkətinə məxsus internet resurslarda yer alan Azərbaycanla bağlı qeydi-dəqiq informasiyalar, Azərbaycana məxsus ərazilərin buradakı xəritələrdə təhrif edilməsi müzakirə olunub. Bu problemin ciddi olaraq araşdırılması, konkret faktların müəyyən edilməsi və bunun əsasında qısa müddətdə Google şirkətinə rəsmi müraciət edilməsi qərara alınıb. // xeberler.az/Ellada