Microsoft şirkətinin rəsmi məlumatına görə 8 aprel 2014-cü il tarixindən etibarən şirkət öz məhsulu olan Windows XP sisteminə dəstəyini dayandıracaq.
Microsoft şirkətinin rəsmi məlumatına görə 8 aprel 2014-cü il tarixindən etibarən şirkət öz məhsulu olan Windows XP sisteminə dəstəyini dayandıracaq. Yəni, bu sistemə texniki dəstək və ən əsası təhlükəsizlik yeniləmələri edilməyəcək. Qeyd edək ki, təhlükəsizlik yeniləmələri – ziyanverici proqramların hədəfinə çevrilə biləcək təhlükəsizlik boşluqlarını aradan qaldırır və beləliklə, istifadəçilərin məlumatlarının təhlükəsizliyinin təmin olunmasına kömək edir.
Qeyd olunan tarixdən etibarən Windows XP sisteminə təhlükəsizlik yeniləmələrinin dayandırılması səbəbindən bu sistem mühafizə olunmayacaq. Sistemin istifadəçilərinin kompüterləri təhlükə altında olacaq. Hackerlərin bu kompüterlərdən pisniyyətli məqsədlər üçün istifadə edəcəyi istisna olunmur.
Elektron Təhlükəsizlik Mərkəzi Windows XP əməliyyatlar sistemindən istifadə edən bütün istifadəçilərə 8 aprel tarixinə qədər rəsmi istehsalçı tərəfindən dəstəklənən və daim yenilənən sistemlərə keçməyi məsləhət görür. Qeyd edək ki, bu tarixdən etibarən Office 2003 proqramlar paketinə də dəstək dayadırılacaq.