Fontu böyüt:
ABŞ-da Pantech C630 mobil telefonunun satışına başlanılıb. Yeni modelin yayılması ilə AT&T mobil əlaqə operatoru məşğul olacaq.
Xatırladaq ki, noyabrda aparatın Symbian əməliyyat sistemi ilə işləyəcəyi haqda məlumatlar yayılmışdı və bu o demək idi ki, o smartfondur. Lakin əslində С630 adi mobil telefondur və AT&T ilə ikiillik müqavilə bağlamaq şərti ilə 40 dollara satılır.
Model monoblok form-faktorludur və 1,3 meqapiksel kamera, Bluetooth, microSD yeri və GPS-qəbuledicisinə malikdir. Pantech C630 3-cü nəsil şəbəkəsini dəstəkləyir və AT&T-nin bir neçə servisi ilə (AT&T Navigator, AT&T Video Share və AT&T Mobile Music) işləyə bilir.
Telefonun ABŞ hüdudlarından kənarda satılacağı hələlik bəlli deyil.