Fontu böyüt:
“Bakutel-2014” sərgisində “Dilmanc” özünün ən yeni proqram təminatını – “Dilmanc” çağrı mərkəzini (Dilmanc call centre) nümayiş etdirir.
“Dilmanc”
qrupunun yaydığı xəbərdə bildirilir ki, bu sistem Azərbaycanda insan
nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir. Sistemin
tətbiq edilməsi mövcud çağrı mərkəzlərinin xərclərini bir neçə dəfə azaltmağa
imkan verəcək.
Layihə çərçivəsində hazırlanmış digər sistemlər - nitqin-nitqə tərcüməsi, elektron lüğətlər, maşın tərcüməsi və s. nümayiş etdirilən məhsullar sırasında mühüm yer tutur.