Multimedia Mərkəzinin həyata keçirdiyi dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi davam edir.
Multimedia Mərkəzinin həyata keçirdiyi dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi davam edir.
Mərkəz 2006-cı ildən başlayaraq hər il sistemli və peşəkar formada dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır və müvafiq Hesabatlar və dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəli tərtib edir.
Bu il həyata keçirilən Monitorinq prosesində yerli icra hakimiyyəti orqanlarının da rəsmi resurslarının informasiya açıqlığı və şəffaflıq vəziyyəti araşdırılır.
Monitorinq prosesi yerli qanunvericiliyə və beynəlxalq normalara əsaslanaraq Mərkəz tərəfindən hazırlanan Metodika əsasında həyata keçirilir.
Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların, xidmətlərin kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, iyulun 22-dən bu günədək 5 Mərkəzi icra orqanı və 4 yerli icra hakimiyyəti orqanı monitorinq olunub. Araşdırmaların nəticələri
www.informasiya.org saytında yerləşdirilib.
Cari ilin sonunadək davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə icmal və tövsiyələrin hazırlanması, dövlət qurumlarının informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.