Fontu böyüt:
Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel”) sərgisinin 20 illik yubileyi ilə bağlı “Yeni həyat: texnologiyalardan incəsənətə” adlı tədbir noyabr ayının 8-də Yüksək Texnologiyalar Parkında (“High Tech Park”) keçirilib.
Xeberler.az bildirir ki, tədbirə “April
UV”, “Aztelekom”, “AZV”, “BestComp Group”, “Caspian Navtel”, “Connect”,
“Cybernet”, “Delta Telecom”, “Eurodesign”, “Globtel Solutions”, “HA Plus”,
“High Tech Park”, “HP”, “Katv”, “Microsoft”, “Schneider Electric”, “Smart
Communications”, “Smart Systems Technology”, “Teleradio”, “Ultra”, “Vitta” və
digər şirkətlər qoşulub.
Bu dəfə “Bakutel” sərgisinin
iştirakçıları kompüter detallarından sərginin yubiley loqosunu hazırlayıblar.
Dekabrın 2-5-də reallaşaq “Bakutel”
sərgisində 40 faizi daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edəcək.
Bir sıra ölkələrin milli stendləri kompleksin ikinci zalda yerləşdiriləcək. Həmçinin,
İKT üzrə ən son qlobal təmayüllərin, eləcə də Azərbaycanda İKT sahəsinin inkişaf
perspektivlərinin müzakirəsinə həsr olunmuş geniş işgüzar proqram da
planlaşdırılıb. Beləliklə, “Bakutel” sərgisi çərçivəsində “Əşyalar İnterneti”
mövzusunda konfrans və “e-Gov 3.0: innovativ çağırışlar, müasir trendlər və
yeni imkanlar»” adlı beynəlxalq forumu da keçiriləcək.
Sərgi Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iştirakı və fəal dəstəyi ilə keçirilir. “Bakutel-2014” sərgisinin baş sponsoru “İntel” şirkətidir. Sərginin digər sponsorları arasında “Eurodesign” (Azərbaycan) və “Tecnotree” şirkətləri də var. Sərginin iştirakçıları qismində isə “Iteca Caspian”, “Caspian Event Organisers” və “ITE Group Plc” şirkətləri çıxış edirlər.