Fontu böyüt:
Azərbaycan İslam Partiyası Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə Azərbaycan televiziyalarının hazırkı vəziyyətindən bəhs edilib, bayağı və islama zidd olan məqamların telekanallarda nümayiş olunduğu bildirilib. Partiya şura sədrinə r Hicri-qəməri təqvimi ilə məhərrəm ayının başlandığı xatırladılır: “Bu ay bütün islam aləmində və onun bir parçası olan Azərbaycanda hüzn və matəm ayı olaraq qəbul edilir.
Məhz xalqımızın belə günlərdə sizlərdən, müstəqil Azərbaycan respublikasının milli televiziya kanallarından bayağı, tamaşaçını mənəviyyatsızlığa aparan şou verilişlər deyil, insanlara, ələlxüsus, gənclərimizə vətən qeyrəti, torpaq namusu, milli təəssübkeşlik, İslam vəhdəti duyğularını aşılayan imam Huseyn (ə) məktəbinin mahiyyətini açıqlayan, təlqin edən verilişlər hazırlayıb yayımlamağı gözləyirik”.//qafqazinfo.az