İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib

14.01.2014 [18:16]

Fontu böyüt:      

Azərbaycanda həyata keçirilən “İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı” layihəsi davam edir. Layihə çərçivəsində yanvarın 14-də Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
Azərbaycanda həyata keçirilən “İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı” layihəsi davam edir. Layihə çərçivəsində yanvarın 14-də Akademik Zərifə Əliyeva adına liseydə İKT avadanlıqları ilə təmin olunmuş tədris otağının açılış mərasimi keçirilib.
 
Açılış mərasimində təhsil nazirinin müavini Ceyhun Bayramov, Koreya Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim və Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in iştirak ediblər. Təhsil nazirinin müavini Ceyhun Bayramov qeyd edib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müasir texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması mühüm əhəmiyyət kəsb edir.
 
Koreyanın Azərbaycandakı səfiri Çoi Suk-in bildirib ki, pilot layihə çərçivəsində tədris otağının yaradılmasının əsas məqsədi təhsilin informasiyalaşdırılması istiqamətində Koreyanın təcrübəsini Azərbaycanla bölüşməkdən ibarətdir. Təhsil sahəsindəki əməkdaşlığın iki ölkə arasında mövcud dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini söyləyən səfir təhsildə İKT-nin tətbiqinin insan resurslarının inkişafı baxımından əhəmiyyətinə toxunub.
 
Tədbirdə çıxış edən Koreya Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim layihənin əhəmiyyətindən söhbət açıb. O, qarşılıqlı əməkdaşlığa verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə minnətdarlığını bildirib.
 
Sonra tədbir iştirakçıları İKT əsaslı tədris otağında liseyin yuxarı sinif şagirdlərinin hazırladığı təqdimatla tanış olublar.
 
 Qeyd edək ki, liseydə yaradılmış tədris otağı 42 ədəd noutbuk, 1ədəd böyük ölçülü monitor, 1 ədəd müəllim üçün kompüter, 11 ədəd planşet, 1 dəst elektron interaktiv lövhə, 1 ədəd lazer printer, 2 ədəd rəqəmli kamera, 4 ədəd monitor, 1 ədəd müəllim üçün yazı stolu, 20 ədəd şagirdlər üçün yazı stolu, 20 ədəd şagirdlər üçün stul, 2 ədəd dolab, 4 ədəd noutbuk saxlama dolabı, 1 ədəd elektron kürsü, 4 ədəd səs gücləndirici, 2 ədəd dinamik mikrofon, 1 dəst yer müəyyən etmə sistemi, 41 lisenziyalaşdırılmış antivirus, 41 lisenziyalaşdırılmış kontent idarəedici alət ilə təchiz olunub. Eyni zamanda, layihə çərçivəsində məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə  (ictnews)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar