İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda telefon konturlarının satış qiyməti niyə bahalaşıb?

07.02.2011 [14:20]

Fontu böyüt:      

Mobil telefonların danışıq kartını haradan almalı? Şirkət aydınlıq gətirdi... Bakı şəhərinin dükan və marketlərində mobil telefon konturlarının qiymətində bahalaşma müşahidə olunub.Simsim konturların satış qiyməti 10-20 qəpik bahalaşıb. Satışda olan bir manatlıq

Mobil telefonların danışıq kartını haradan almalı? Şirkət aydınlıq gətirdi...

Bakı şəhərinin dükan və marketlərində mobil telefon konturlarının qiymətində bahalaşma müşahidə olunub.Simsim konturların satış qiyməti 10-20 qəpik bahalaşıb. Satışda olan bir manatlıq simsim kartı 1 manat 10 qəpik, 3 manatlıq kart - 3 manat 20 qəpiyə satılır. Şəhərdəki bir neçə satış yerlərinə baş çəkib qiymətlərlə maraqlandıq. Eyni vəziyyət ən müxtəlif yerlərdə təkrarlanır.

Məsələ ilə əlaqədar ölkənin aparıcı mobil operatorlarının mövqeyini öyrəndik.
Azercell Telekom MMC Korporativ Ünsiyyət departanmentinin rəhbəri Ülviyyə Həsənzadə bildirdi ki, şirkət kontur kartlarının qiymətində hər hansı bir dəyişiklik ediləndə KİV-də bu barədə ətraflı məlumat verilir: "Həmçinin reklam kampaniyaları keçirilir ki, bütün abonentlər bu barədə xəbərdar olsunlar. Bundan əlavə, kartların üzərində qiymət də göstərilir. Bunları nəzərə alaraq Azercell hər zaman öz abonentlərinə yalnız Azercell-in rəsmi satış məntəqələrindən, yəni diler və distribütor şəbəkəsindən istifadə etmələrini tövsiyə edir. Əgər diler və distribütorlarımızda bu tip hallarala rastlaşsanız, bizə dərhal məlumat vermənizi xahiş edirik" - "Azercell" nümayəndəsi bildirdi.

Aydın oldu ki, mobil operator qiyməti qaldırmayıb. Abonentlərinə də məsləhət görür ki, telefon konturlarını şirkətin rəsmi mağazalarından alsınlar.
Elə isə ticarətçilər niyə özbaşına qiymət artırıb, əhalinin ən çox istifadə etdiyi telefon konturlarını baha satrılar?
 Bir neçə satıcıdan bunu səbəbini soruşduq. Cavabları təxminən eyni oldu: "Konturun qiyməti bizə baha gəlir. Məsələn, 1 manatlıq sim-sim danışıq kartı mağazaya 95-98 qəpiyə verilir, bizə də cəmi 5-2 qəpik əlavə etməklə satmağımız sərfəli deyil. Ona görə də müvafiq olaraq 10-20 qəpik üstünə əlavə etməklə satırıq".  //milli.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar